Klub oyunçusunun əməliyyatının uğurlu keçdiyini söyləyərək müalicəsi üçün lazım olan hər cür şəraitin yaradıldığını açıqladı. Amma Denis belə çətin dönəmi, yəqin ki, ailəsinin yanında keçirmək istəyər.
Bəs Marandiçi Maldovaya yollanacaqmı?
“Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev “Football-plus.az”a bu sözləri dedi:
“Xəstəxanadan çıxıb, hazırda Bakıdadı. Əməliyatı çox uğurlu alınıb. Özünü yaxşı hiss edir. Hələ konkret tarix demək düzgün olmaz. Tikişləri söküləcək. Tikişin sökülməsi, gipsin açılması - hamısı ardıcıl olan proseslərdi. Həkim nəzarətində müalicəsi davam etdirilir. Hazırda intensiv müalicə altındadı. Vətəninə getmək kimi tələbi olarsa, gedə bilər. Xüsusi qulluq lazımdı, ayağı gipsdədi”.
RÖYANƏ OĞUZ