AZ

Mbappe yenə də mövsümün ən yaxşı fransız futbolçusu seçilib

...“Real Madrid”in hücumçusu Kilian Mbappe "France Football"un versiyasına görə ardıcıl ikinci dəfə mövsümün ən yaxşı fransız futbolçusu seçilib.

SİA-nın məlumatına görə, 25 yaşlı futbolçu bu mükafatı ötən mövsüm alıb.

Səsvermədə ikinci yeri “Arsenal”ın mərkəz müdafiəçisi Uilyam Saliba tutub.

İlk üçlüyü “Milan”ın qapıçısı Mik Maynyan tamamlayıb. Səsvermədə “France Football”un baş redaktoru, eləcə də əvvəlki illərin qalibləri iştirak ediblər.

25 yaşlı hücumçu ümumilikdə 4 dəfə mükafata layiq görülüb. Ötən mövsüm Mbappe PSJ-də çıxış edib. O, bütün turnirlərdə 48 matçda iştirak edib, 44 qol vurub, 10 məhsuldar ötürmə edib.

Nazlı Almuradova

Seçilən
49
sia.az

1Mənbələr