Suriyanın müdafiə nazirliyi ölkədəki bütün silahlı qruplaşmaları ləğv edəcək.
Hurriyyet.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra müvəqqəti hökumətin rəhbəri Əhməd əl-Şaraa (əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) Suriya televiziyasında bildirib.
əl-Şaraa ölkədə Suriya dövlətinin nəzarəti altında olmayan heç bir silahlı qruplaşmanın olmayacağını bildirib.