''Qalatasaray''ın sabiq ulduzu Felipe Melo həyat yoldaşı ilə birlikdə İstanbula gəlib.
İstanbul nəhəngi bu günlərdə öz əfsanələri üçün xüsusi tədbir keçirəcək. Melo da həmin tədbirdə iştirak edəcək. Ona xatirə hədiyyəsi veriləcək. Bundan başqa ''sambaçı''nın həftəsonu ''Trabzonspor''a qarşı oyunu tribunadan izləyəcəyi gözlənilir.
Melo İstanbula gəldikdən sonra həyat yoldaşı ilə birlikdə alış-veriş etməkləri ilə bağlı paylaşımlar edib. 2022-dən ''Fluminense''nin şərəfini qoruyan 41 yaşlı Melo gələn yay Klublararası Dünya Çempionatından sonra karyerasını başa vuracağını açıqlayıb.
Daha öncə ''Malyorka'', ''Fiorentina'', ''Yuventus'', ''İnter'', ''Palmeyras''da top qovmuş Melo 2011-15-ci illərdə ''Qalatasaray''ın uğurları üçün tər töküb. Döyüşkən və əzmkar xarakterinə görə fanatların sevimlisinə çevrilən Melo Türkiyə karyerasında 3 çempionluq olmaqla 8 titul qazanıb.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta