AZ

Dördqat Olimpiya çempionu insult keçirərək reanimasiyaya düşüb

Sovet və Rusiya xizəkçisi, dördqat Olimpiya, 7 qat dünya çempionu Raisa Smetanina insult keçirib və reanimasiyadadır.

seher.media TASS-a istinadən xəbər verir ki, bu barədə Komi Respublikasının (Rusiya) Xizək Yarışları Federasiyasının rəhbəri Konstantin Sobyanin məlumat verib.

"O, təxminən bir həftə əvvəl insult keçirib, indi o, xəstəxanada reanimasiyadadır. Başqa məlumatım yoxdur, həkimlər heç nə demirlər", - deyə Sobyanin bildirib.

Qeyd edək ki, Smetaninanın 72 yaşı var.

Seçilən
22
7
seher.media

10Mənbələr