AZ

Banklar kredit borcunun bağlanması arayışına görə niyə pul tələb edirlər?

Vətəndaşlara verilən kredit tam ödənildikdən sonra borcun bağlanmasına dair arayış üçün əksər banklar ödəniş tələb edir. Qiymətlər isə 20, 30, 50, manat arasında dəyişir.

Bakıvaxtı.az bildirir ki, bu hal paytaxt sakini İlham Məmmədovun da başına gəlib.

Ondan tələb olunan arayışı almaq üçün banka müraciət etdikdə, bunun ödənişli olduğu bildirilib.

İlham Məmmədov deyir ki, arayış müqabilində ondan tələb edilən ödənişin heç bir əsası yoxdur.

Bank işləri üzrə hüquqşünas Samir Qasımovun sözlərinə görə, kredit müddəti davam etdiyi dövrdə vətəndaş kreditin qalığı barədə il ərzində iki dəfə kağız formasında bankdan ödənişsiz arayış ala bilər.

Elektron şəkildə isə istənilən sayda almaq mümkündür. Lakin krediti ödədikdən sonra bu arayış üçün ödəniş tələb etmək bankın daxili qaydaları əsasında nizamlanır.

Hüquqşünas onu da əlavə edib ki, kreditlərlə bağlı bütün məlumatlar mərkəzləşdirilmiş kredit reyestri xidmətində toplanır. Bankdan arayış ala bilməyən vətəndaşlar "Asan xidmət" vasitəsilə reyesterə müraciət edərək borcun bağlanmasına dair arayış əldə edə bilərlər. /Xəzər TV

phrase_var_article.chosen
8
9
bakivaxti.az

10phrase_var_article.sources