AZ

"Haber Global"ın əməkdaşı öldürüldü

Türkiyənin "Haber Global" telekanalının əməkdaşı Məhərrəm Can Kurtuluş İstanbulda güllələnərək öldürülüb.

Bu barədə telekanalın məlumatında bildirilib.

Qeyd edilib ki, Kurtuluşa hücum edən 4 şübhəli qısa müddətdə saxlanılıb.

Belə ki, jurnalist avtomobilini İstanbulun Beylikdüzü rayonundakı dayanacaqda saxlayıb.

O, kafeyə gedərkən dayanacaqda dörd nəfərin məmurlarla mübahisə etdiyini görüb.

O, tərəfləri sakitləşdirməyə çalışıb.

Sonradan dostu ilə kafedən çıxan Muharrem Can Kurtuluş maşınının qarşısını mübahisə etdiyi şəxslər kəsib.

Onlar maşından düşən "Haber Global"in əməkdaşını güllələyiblər və hadisə yerindən qaçıblar.

Ağır yaralanan Kurtuluş aparıldığı xəstəxanada dünyasını dəyişib.

Şübhəlilərin qaldıqları ünvanlarda aparılan axtarışlar zamanı 1 ədəd sənədsiz tapança, 4 ədəd tərəzi və 1 kilo 200 qram narkotik vasitə aşkar edilib. \\Metbuat.Az

phrase_var_article.chosen
48
33
hurriyyet.az

10phrase_var_article.sources