AZ

Aqşin Kazımova yeni vəzifə verilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin işdən çıxarılan rəisi, general-mayor Aqşin Kazımova yeni vəzifə verilib.
 
Qaynarinfo xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, general-mayor Aqşin Kazımov Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin edilib. 

Aqşin Kazımov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsinə ötən ilin yayında təyin edilmişdi. Keçən ilin dekabrında isə ona general-mayor rütbəsi verilmişdi.

www.anews.az
phrase_var_article.chosen
541
32
anews.az

10phrase_var_article.sources