1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İspaniya La Liqasında 17-ci tur matçları oynanılır.
Oxu.Az xəbər verir ki, son çempion "Real Madrid" paytaxt derbisində "Rayo Valyekano"nun qonağı olub.
Kral klubu oyunun əvvəlində 2 top fərqi ilə geri düşsə də, ardıcıl 3 qolla geridönüş edib. Lakin meydan sahibləri daha bir dəqiq zərbə ilə hesabı bərabərləşdirməyi bacarıblar - 3:3. Matç elə bu nəticə ilə də başa çatıb.
Hazırda paytaxt təmsilçisi 37 xalla turnir cədvəlində 2-ci pillədədir. Onun rəqibi isə 20 xalla 13-cü yerdə qərarlaşıb. La Liqaya 38 xala malik "Barselona" başçılıq edir.