Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Suriyanın keçmiş prezidenti Bəşər Əsədə dövlət mühafizəsinin verilməsi ilə bağlı məlumatı təsdiqləməyib.
Narışkin bildirib ki, o, Yaxın Şərq ölkəsinin keçmiş prezidentinin Rusiyada olarkən dövlət təhlükəsizliyi ilə təmin olunub-olunmadığını bilmir.
Dekabrın 8-də Bəşər Əsəd prezident postundan istefa verib və Suriyanı tərk edib. Bu, silahlı müxalifət və "Həyat Təhrir əl-Şam" yaraqlılarının Dəməşqə daxil olub prezident sarayının zəbt edilməsindən sonra baş verib. Hazırda Əsəd ailəsi ilə birlikdə Moskvadadır. /lent.az