Meksika klubu “Paçuka” qitələrarası kubokun yarımfinalında Misirin “Əl Əhli” klubunu məğlub edib.
Publika.az xəbər verir ki, görüşün əsas vaxtı 0:0 hesabı ilə heç-heçə başa çatıb. Penaltilər seriyasında isə Meksika klubu üstün olub – 6:5.
Finalda “Paçuka” “Real Madrid”lə qarşılaşacaq. Qarşılaşma dekabrın 18-də baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.