Kamçatkada Kronotski körfəzində 5,4 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə Baş İdarəsinə istinadla məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Milkovo kəndindən 135 km şərqdə, 123 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Petropavlovsk-Kamçatski və Vilyuçinski şəhər rayonlarında, eləcə də Yelizovski rayonunda iki bala qədər hiss olunub.
Nazirlikdən bildirilib ki, sunami təhlükəsi elan olunmayıb.