AZ

Boks üzrə Azərbaycan çempionatı keçiriləcək

Bakı. Trend:

Bu gün boks üzrə Azərbaycan çempionatına start veriləcək.

Trend xəbər verir ki, BakıBoks Mərkəzində təşkil olunacaq yarışda kişilər 13, qadınlar 5 çəkidərəcəsi üzrə mükafatçıları müəyyənləşəcəklər.

Altı gün davam edəcək çempionata respublikanın müxtəlif şəhər vərayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən41 komandanın 200 (178 kişi, 22 qadın) boksçusu qatılacaq.

Açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:30-dabaşlanacaq.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalqyarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, çempionatın baş hakimi Anar Babanlı, supervayzeriRaymond Silvas (ABŞ) olacaq.

Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləridə idarə edəcəklər. Onlardan Ço Yanq Suk (Cənubi Koreya), MuhammadArisa Putra Pohan (İndoneziya) və Pavlo Vasilinçuk (Ukrayna)İBA-nın 3 ulduz kateqoriyasına malikdir. Bu referilərin, həmçinindünya çempionatı və Yay Olimpiya Oyunları təcrübəsi var.

Seçilən
21
15
az.trend.az

10Mənbələr