AZ

SEPAH-la danışıqlar aparan İran əsilliyə ağır həbs cəzası verildi

Tehran İnqilab Məhkəməsi İran əsilli amerikalı jurnalist və "Radio Fərda"nın keçmiş müxbiri Rza Vəlizadəni 10 il müddətinə azadlıqdan məhrum edib.

Musavat.com xəbər verir ki, məlumatı "Amerikanın səsi" yayıb.

Məlumata görə, bu barədə onun vəkili Məhəmməd Hüseyn “X” hesabında yazıb ki, jurnalistin həbs cəzasından əlavə Tehran və ona qonşu əyalətlərdə yaşamasına, həbs cəzası bitdikdən sonra iki il müddətinə ölkəni tərk etməsinə, ictimai siyasi partiya və qruplara üzv olmasına qadağa qoyulub. O, “düşmən ABŞ hökuməti ilə əməkdaşlıq"da gübahlandırılıb.

10 il müxbir kimi çalışan Vəlizadə bir müddət xaricdə yaşadıqdan sonra ailəsini ziyarət etmək üçün İrana qayıdıb. O, Amerikada olduğu zaman SEPAH-ın təhlükəsizlik və kəşfiyyat bölməsinin əməkdaşları ilə əlaqəyə girib, ancaq onlar jurnalistə rəsmi zəmanət vermədən o İrana geri dönüb.

Seçilən
4
2
musavat.com

3Mənbələr