AZ

Bu ərəb liderləri Əsəd rejiminin devrilməsindən narahatdır

Bəzi ərəb ölkələrinin liderləri Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra öz ölkələrində iğtişaşların baş verəcəyindən qorxurlar.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Washington Post" mənbələrə istinadən yazır.

“Misir, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ liderləri Əsədin devrilməsinin onların ölkələrində iğtişaşlara səbəb ola biləcəyindən narahatdırlar”, - nəşr yazıb.

Qəzetə diplomatik dairələrdəki mənbə bildirib ki, Suriyada "Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşmasının güclənməsi Misir prezidenti Fəttah əs-Sisi üçün təhlükə yarada bilər. Ərəb liderləri Əsədin hakimiyyətdən düşməsindən sonra qeyri-sabitliyin cilovlana biləcəyini ölçməyə çalışarkən Suriyadakı hadisələri ehtiyatla qiymətləndirirlər.


Müəllif: Pərvin Cəfərova
Seçilən
17
teleqraf.com

1Mənbələr