AZ

Dünya sürətlə səhralaşır: belə davam edərsə...

Birləşmiş Millətlər Təşkilatının (BMT) Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının (UNCCD) Ər-Riyadda keçirilən sammitində səhralaşma və torpaq quruma prosesinin qlobal miqyasda artması ilə bağlı hesabat təqdim edilib. Hesabata görə, 2020-ci ilə qədər olan 30 il ərzində Yer kürəsinin 77,6 faizi əvvəlki dövrlərlə müqayisədə daha quru iqlim şəraiti ilə üzləşib.

Publika.az xəbər verir ki, bu barədə UNCCD rəhbəri İbrahim Tiav bildirib. O, qeyd edib ki, dəyişikliklər “Yer kürəsində həyatı yenidən müəyyənləşdirir” və prosesin davam etməsi gələcəkdə daha geniş miqyaslı fəlakətlərə yol aça bilər. Quraqlıq şəraitində kənd təsərrüfatı məhsuldarlığının azalması, su ehtiyatlarına çıxışın məhdudlaşması və miqrasiya risklərinin artması xüsusi narahatlıq doğurur.

Hesabatda göstərilir ki, 2024-cü il tarixdə ən isti il kimi qeydə alınıb və əsrin sonuna qədər quraqlıqdan 5 milyard insanın təsirlənəcəyi gözlənilir. Bu tendensiya Cənubi Avropa, Yaxın Şərq, Şimali Afrika və Cənubi Asiyada daha çox nəzərə çarpır.

Sammitdə diqqət mərkəzində olan məsələlərdən biri də beynəlxalq maliyyə dəstəyinin təmin edilməsidir. Səudiyyə Ərəbistanı müxtəlif ölkələrdən və beynəlxalq maliyyə qurumlarından 2,15 milyard dollar vəsait ayırılacağını vəd edib. Ərəb Koordinasiya Qrupu isə 2030-cu ilə qədər deqradasiyaya uğramış torpaqlara qarşı mübarizə üçün 10 milyard dollar ayırmağı planlaşdırır.

Seçilən
18
1
publika.az

2Mənbələr