AZ

Daha bir gimnastımız karyerasını başa vurdu

Azərbaycan millisinin daha bir bədii gimnastı karyerasını başa vurub.

Zeynəb Hümmətova xalça ilə vidalaşıb. O, uzun illər qrup komandasının tərkibində çıxış edib.
 

Zeynəb dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionu, ikiqat Olimpiya iştirakçısıdır. Hümmətova böyük idmanla vidalaşması bu gün “Qış nağılı” beynəlxalq turnirində rəsmiləşəcək.


Qeyd edək ki, milli komandanın lideri olan Zöhrə Ağamirova da karyerasını başa vurub.

Seçilən
2
2
news365.az

6Mənbələr