Yazını böyüt
Yazını kiçilt
Türkiyə millisinin “Real”da oynayan futbolçusu Arda Güler dünən “Rayo Valyekano”ya qarşı La Liqanın 17-ci turunun matçında əsas heyətdə meydana çıxıb.
Hafta.az xəbər verir ki, türk futbolçu 2 qolun ötürməsini verib və bu göstərici ilə “Real”ın tarixinə düşüb.
Mənbənin məlumatına görə, Güler 21-ci əsrdə La Liqada bir matçda iki məhsuldar ötürmə verən “Real”ın ən gənc futbolçusu olub. Hücumameyilli yarımmüdafiəçi buna 19 yaş 293 günlüyündə imza atıb.