AZ

Vitse-kansler: "Alman biznesi küncə sıxılır"

Almaniyanın vitse-kansleri, ölkənin iqtisadiyyat naziri və Yaşıllar Partiyasından kanslerliyə namizəd Robert Habek hesab edir ki, alman biznes modeli iqtisadi siyasətinə görə "küncı sıxılıb”.

Qaynarinfo xəbər verir ki, "Bild" qəzetinə müsahibəsində o, ucuz rus qazı olmadan ölkənin biznes modelinin effektivliyi ilə bağlı sualı cavablandırarkən deyib: 

"Hər halda, bizim biznes modelimiz həqiqətən də küncə sıxışdırılıb”.

O, Almaniyanın ixrac ölkəsi olduğunu və açıq bazarlara ehtiyacı olduğunu vurğulayıb.

Vitse-kanslerin sözlərinə görə, bazarları bağlayan və öz elektromobillərini təbliğ edən ABŞ və Çinin hərəkətləri Almaniyanın avtomobil sənayesi üçün ciddi problemlər yaradır.

Habek qeyd edib ki, infrastruktura kifayət qədər investisiya qoyulmaması, vergi şərtləri və ixtisaslı işçi qüvvəsi də ölkə iqtisadiyyatına mənfi təsir göstərir:

"Bizim iş yeri kimi cəlbediciliyi ilə bağlı problemimiz var, lakin bunu həll etmək olar”.

Noyabrda Almaniyada inflyasiya illik müqayisədə 2,2%-ə qədər sürətlənib. İnflyasiya səviyyəsi ikinci aydır ki, artır. Hökumətin proqnozlarına görə, Almaniyanın ÜDM-i 2024-cü ildə 0,2% azalacaq. Ötən il ÜDM 0,3% azalıb.

Aydın
Seçilən
10
2
qaynarinfo.az

10Mənbələr