AZ

Arıqlamaq üçün içdiyi arıqlama çayı qaraciyər çatışmazlığına səbəb olub

Niğdedə (Türkiyə) artıq çəkisindən xilas olmaq üçün bir aydan çox gündə 2 stəkan arıqlama çayı içən 45 yaşlı Emine Özlüyə qaraciyər çatışmazlığı diaqnozu qoyulub.

“İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumatına görə, təcili orqan nəqli siyahısına salınan Özlü, cəsəddən transplantasiya ilə sağalıb.

Məlumata görə, Niğdedən Ankara Etlik Şəhər Xəstəxanasına müayinə üçün gələn Emine Özlü 80 kiloya çatdıqdan sonra rəfiqəsinin məsləhəti ilə arıqlama çayından istifadə etməyə başladığını söyləyib: “Bir aya yaxın arıqladan çaydan istifadə etdim. Üzərində “'Gündə bir içməliyəm içməliyəm” yazılımışdı. Bağırsaqlarım işləmir, tez arıqlamaq üçün gündə iki ədəd içdim və xəstəxanaya getdim. 7 gün reanimasiyada qaldım.

Mən çox çətin bir proses keçirdim. Heç kim arıqlama çayı içməsin. Hər kəs arıqlamaq üçün peşəkar dəstək almalıdır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

phrase_var_article.chosen
30
ikisahil.az

1phrase_var_article.sources