AZ

Humanitar körpülər: Leyla Əliyevanın Afrikaya səfərinin qlobal əhəmiyyəti

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fəaliyyəti ilə yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də diqqət çəkir.

 

Modern.az xəbər verir ki, onun Afrikaya son səfəri bir çox məqamlarla yadda qalıb. Belə ki, səfər humanitar yardım, ekoloji məsələlər və mədəniyyətlərarası dialoq sahəsində xüsusi önəm daşıyıb.


Leyla Əliyevanın Afrikaya səfəri çərçivəsində ehtiyac içində olan icmalara yardım göstərilməsi diqqət mərkəzində olub. O, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr çərçivəsində Afrikanın müxtəlif bölgələrində sosial şəraitin yaxşılaşdırılmasına töhfə verib. Xüsusilə, təhsil, səhiyyə və içməli su təminatı sahəsində həyata keçirilən layihələr bu səfərin mühüm aspektlərindən biri olub.


Təhsilə dəstək

 

Leyla Əliyeva səfər çərçivəsində təhsilin sosial inkişafda mühüm rol oynadığını vurğulayaraq Afrikanın bəzi ucqar bölgələrində yeni məktəblərin tikintisini və mövcud təhsil müəssisələrinin yenidən qurulmasını dəstəkləyib. 


Onun təşəbbüsü ilə məktəblərə uşaqlar üçün təhsil ləvazimatları, kitablar və məktəb geyimləri təqdim edilib. Məktəblərdə təhsil alan şagirdlər Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan mədəni tədbirlərdə də iştirak ediblər.

 

Qeyd olunub ki, gələcəkdə Afrikanın digər ölkələrində də Heydər Əliyev Fondu tərəfindən təhsil və mədəniyyət sahələrində layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

 

 

Azərbaycanın Afrikada səhiyyə və su təminatı

 

Səhiyyə sahəsində dəstək göstərilməsi səfərin mühüm hissələrindən biri olub. Leyla Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu içməli su təchizatı ilə bağlı bir neçə layihə həyata keçirib. Xüsusilə, Afrikada təmiz su resurslarının qıt olduğu bölgələrdə yeni su quyuları qazılıb və icmalara təmiz su təmin edilib. Su quyusu qazılaraq saatda 3 tona yaxın içməli suyun verilməsi təmin edilib. Bundan əvvəl sakinlər tələbatlarını təmin etmək üçün yağış suyundan asılı vəziyyətdə olublar. Bundan əlavə, tibbi yardım göstərilməsi və səhiyyə avadanlıqlarının təmin edilməsi sahəsində layihələr icra olunub.

 


Qlobal istiləşməyə qarşı mübarizədə birlik

 

Leyla Əliyevanın səfəri həm də onun qlobal ekoloji məsələlərə həssas münasibətini əks etdirir. O, Afrika qitəsində baş verən ekoloji problemlərin həllinə dair təşəbbüslərlə çıxış edib və bu istiqamətdə bir sıra tədbirlər keçirib.

 

Leyla Əliyeva Afrikanın zəngin biomüxtəlifliyini qorumaq məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq yaradıb. Heydər Əliyev Fondunun dəstəyi ilə vəhşi heyvanların və təbii ekosistemlərin qorunması istiqamətində layihələr reallaşdırılıb. Bu layihələr həm yerli ekosistemlərin qorunmasını təmin edir, həm də iqlim dəyişikliyinə qarşı mübarizədə əhəmiyyətli rol oynayır.

 

 

Mədəniyyətlərarası dialoq və əlaqələrin gücləndirilməsi

 

Leyla Əliyeva səfər çərçivəsində Afrika mədəniyyətini daha yaxından öyrənmiş, eyni zamanda Azərbaycan mədəniyyətini təbliğ etməyə çalışıb. O, bir sıra mədəni tədbirlərdə iştirak edərək, Afrika xalqları ilə Azərbaycan arasında mədəni əlaqələrin genişləndirilməsi istiqamətində işlər görülüb.

 

Leyla Əliyeva Afrika incəsənətinə də xüsusi diqqət ayırıb. O, yerli sənətkarlarla görüşlər keçirərək onların işlərini dəstəkləyib və Afrika mədəni irsinin dünyada tanıdılması üçün addımlar atıb.


Leyla Əliyevanın bu səfəri yalnız humanitar və ekoloji sahələrdə deyil, həm də Azərbaycan və Afrika ölkələri arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına təkan verib. 

 

 

Onun fəaliyyəti Azərbaycanla Afrika arasında iqtisadi, mədəni və sosial sahələrdə münasibətlərin inkişafı üçün möhkəm zəmin yaradıb.

 

Leyla Əliyevanın Afrikaya səfəri onun qlobal miqyasda göstərdiyi humanitar və ekoloji fəaliyyətin növbəti uğurlu nümunəsi kimi səciyyələmə bilər. Bu səfər dünya xalqları arasında həmrəylik, dostluq və birgə inkişaf ideyasının vacibliyini bir daha ön plana çəkib. Onun gördüyü işlər yalnız Afrikada deyil, bütün dünyada müsbət təsir buraxaraq davamlı inkişafın təmin olunmasına xidmət edir.

 

Seçilən
0
12
modern.az

10Mənbələr