AZ

Məşhur futbolçu Gürcüstanın prezidenti oldu

Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti olacaq. O, 300 seçicidən 224 səs toplayıb.

Sportal.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

M.Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək. Mixail Kavelaşvili futbol üzrə Gürcüstan milli komandasının keçmiş hücumçusudur. 2016-cı ildən Gürcüstan parlamentinin üzvüdür. 20 mart 2024-cü ildən Xalqın Gücü Partiyasının siyasi katibidir.

Kavelaşvili 22 iyul 1971-ci ildə Bolnisidə anadan olub. 1989-cu ildə Tiflis Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub və 1990-cı ildə onun uğurlu idman karyerası başlayıb. 1988-ci ildən 1995-ci ilə qədər futbolçu Tiflis "Dinamo"sunda çıxış edib, daha sonra Vladiqafqazın "Alaniya"sına keçib, "Mançester Siti", "Qraşofer" və bir sıra digər Avropa klublarında çıxış edib.

O, peşəkar məşqçilik fəaliyyəti ilə məşğul olmaq üçün UEFA lisenziyasına malikdir və futbol sahəsində mütəxəssisdir. Kavelaşvili bir neçə deputatla birlikdə 2022-ci il iyunun 28-də "Gürcü Arzusu"nu tərk edib. Deputatlar bu qərarı əsasən dəstəklədikləri hakim partiyanı yöndəmsiz vəziyyətə salmadan öz fikirlərini sərbəst ifadə etmək istəyi ilə izah ediblər. "Xalqın Gücü" dəfələrlə ABŞ səfirliyi və keçmiş səfir Kelli Deqnanı Gürcüstanda qondarma "ikinci cəbhə" açmaq, "Gürcü Arzusu"nu devirmək və Vahid Milli Hərəkatı hakimiyyətə qaytarmaq istəməkdə ittiham edib. Partiya üzvləri anti-Qərb bəyanatları ilə tanınırlar.

(Qaynarinfo)

saytlarin hazirlanmasi

Seçilən
1
3
sportal.az

10Mənbələr