AZ

Rusiyaya məxsus neft tankeri BATDI-VİDEO

Göyərtəsində 29 ekipaj üzvü olan iki tankerin qəzaya uğraması nəticəsində Qara dənizdə neft sızması baş verib.

Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Rosmorrechflot” məlumat yayıb.

Bildirilib ki, bu gün Qara dənizdə baş verən fırtına nəticəsində “Volqoneft-212” və “Volqoneft-239” adlı iki tanker qəzaya uğrayıb.

Qeyd olunub ki, xilasetmə əməliyyatı təşkil olunub, tankerlərə iki əlavə gəmi və iki helikopter göndərilib, təxliyə aparılır.

Hazırda “Dəniz Xilasetmə Xidməti” Federal Dövlət Büdcə Müəssisəsi və Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən neft dağılmasının aradan qaldırılması üçün tədbirlər görülür.
Tribunainfo.az


Seçilən
22
1
tribunainfo.az

2Mənbələr