AZ

ABŞ Suriyanın yeni hakimiyyət orqanları ilə danışıqlara başladı

ABŞ administrasiyası Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələri ilə əlaqə saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The Guardian” dövlət katibi Entoni Blinkenə istinadən məlumat yayıb.

Blinken, Suriyada qalib gələn Heyət Təhrir əl-Şam (HTŞ) qruplaşmasının nümayəndələri ilə birbaşa əlaqə saxladığını açıqlayıb. O, şənbə günü İordaniyanın Aqaba şəhərində digər diplomatlarla görüşüb. Blinken danışıqların təfərrüatlarını açıqlamayıb, yalnız “HTŞ və digər qruplarla əlaqə saxladıq” deyə bildirib.

phrase_var_article.chosen
12
5
konkret.az

5phrase_var_article.sources