AZ

“Ərdoğan Türkiyənin Putinidir” - Bir çıxışın əks-sədası

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasının Kocaelidəki konqresindəki çıxışında Suriyanın bəzi şəhərlərinin (Hələb, İdlib, Dəməşq və Rakka) Osmanlı imperiyasının tərkibində olmasını xatırlatması dünya mediasında əks-səda doğurub.

Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, daha doğrusu, bu çıxış elə təqdim edilib ki, guya Türkiyə lideri Suriyanın 5 şəhərinə iddia edib.

Bu xüsusilə Rusiyanın bəzi KİV-lərində “uzaqgedən nəticələrə” aparıb.

Məsələn, belə yazılardan birində məlum çıxışdan “Ərdoğan da Türkiyənin Vladimir Putinidir” “nəticəsi çıxarılıb”. “Ərdoğan mərkəzi Türkiyə olacaq böyük geosiyasi layihələrdən birini qurmağa çalışacaq və ya buna çalışır. Bu layihələr “neo-Osmanlı” və “Böyük Turan”dır.

Dini prinsiplərə söykənən imperiyanın İslam dünyasında qurulması müşküldür, islamçıların millətçilərlə (türkçülüklə) birləşməsinə imkan yoxdur. Çünki İslam üçün millilik əhəmiyyətli deyil, yəni bütün müsəlmanlar qardaşdırlar”.

Məqalədən bəlli olur ki, əslində bu ideyalardan qorxu Rusiyaya görədir. ““Böyük Turan” ancaq Rusiyanın ənənəvi olaraq təsir zonası kimi təsnif etdiyi ərazilərdə, eləcə də onun bəzi ərazilərində qurula bilər. Ona görə də Türkiyənin “Böyük Turan” ideyasını gerçəkləşdirmək istiqamətdə addımları Rusiya üçün qəbuledilməzdir. “Neo-Osmanlı” layihəsi isə bizim üçün təhdid deyil. Bu, Rusiyanın maraqlarına yalnız bəzi istisnalarla zidd deyil. Bu, Avropanın, ərəb dünyasının və İsrailin (və buna görə də ABŞ-ın) maraqlarına ziddir. Çünki ilk növbədə onların maraqlarının olduğu ərazilər hesabına qurula bilər. Suriyada da indi məhz bunu görürük. Türkiyənin indi şifahi olaraq iddia etdiyi bütün şəhərlər ərəb şəhərləridir. “Neo-Osmanlı İmperatorluğu”nun qurulması Türkiyənin İsrail ( həm də ABŞ) və ərəb dünyası arasında toqquşmaya gətirib çıxarar. Daha doğrusu, artıq buna gətirib çıxarıb.

Ona görə də bu gün Rusiyada qadağan olunmuş İŞİD terrorçuları (ərazilərində öz ərəb xilafət dövlətlərini qurmaq istəyənlər) Türkiyənin düşmənləri olan kürdlərlə ittifaq axtarırlar. Türkiyə isə Ərdoğanın şifahi olaraq özününkü saydığı əraziləri hər gün bombalayan İsrail təyyarələrini vurmaqla hədələyir. Və bu yalnız başlanğıcdır. Bu istiqamətdə Türkiyə üçün çox çətin olacaq”.

Aydındır ki, bu cür “şərhlər” Türkiyənin həm Yaxın Şərqdə, həm dünyada təsir imkanlarının artdığı vaxtda təsadüfdən ortaya çıxmır.

“Ərdoğan Suriyanın 5 şəhərinin Türkiyəyə birləşdirilməsindən danışmayıb”, Ankaradakı diplomatik mənbə “RİA Novosti” yə bildirib.

“Bəzi KİV-lər yazıb ki, Kocaelidə ölkənin hakim Ədalət və İnkişaf Partiyasının qurultayındakı çıxışında Prezident Suriyanın 5 şəhərini Türkiyəyə birləşdirmək, eləcə də qonşu dövlətlər arasındakı sərhədə yenidən baxılması planlarını açıqlamayıb”.

Ankaradakı diplomatik mənbə agentliyə qeyd edib ki, Ərdoğanın çıxışının mətni Türkiyə Prezident Administrasiyanın saytında dərc edilib və yanlış rəydə olanlar prezidentin çıxışının mətnini yenidən oxuya bilər.

phrase_var_article.chosen
19
1
turkustan.az

2phrase_var_article.sources