AZ

FİFA Ukrayna xəritəsini Krımsız dərc etdiyinə görə üzr istədi

FİFA Ukrayna xəritəsini Krımsız dərc etdiyinə görə üzr istəyib

Ucnoqta.az xəbər verir ki, Federasiya Ukrayna Futbol Assosiasiyası ilə vəziyyəti müzakirə edərək, bu seqmenti artıq çıxardığını bildirib.

“Biz bu məsələnin həssaslığından tam xəbərdarıq və hadisənin qəsdən olmasına baxmayaraq, bunun səbəb ola biləcəyi hər hansı bir emosional zərərə görə səmimi qəlbdən təəssüflənirik və bu vəziyyətin həlli üçün məsuliyyətlə çalışdığımız üçün qarşılıqlı anlaşmanızı yüksək qiymətləndiririk”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, UEFA zonasında 2026-cı il dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasiminin yayımı zamanı Ukraynanın Krımsız xəritəsini göstəriblər. Ukrayna Xarici İşlər Nazirliyinin spikeri bunu beynəlxalq hüququn pozulması adlandırıb.

Xatırladaq ki, 2018-ci il Dünya Kubokunun loqosunun təqdimatın zamanı da Krım Rusiyanın tərkibində göstərilib.

Daha sonra FİFA rəsmi olaraq Ukraynadan üzr istəyib.

phrase_var_article.chosen
30
ucnoqta.az

1phrase_var_article.sources