AZ

«Moody's» agentliyi Fransanın reytinqini endirdi – «DÖVLƏT MALİYYƏ SİSTEMİ ZƏİFLƏYİB»

Fransada baş verən siyasi və sosial gərginlik, ölkənin iqtisadi vəziyyətində də özünü göstərməyə başlayıb.

FED.az xəbər verir ki, “Moody's” reytinq agentliyi Fransanın kredit reytinqini aşağı salıb.Agentliyin qərarı ilə Fransanın xarici və yerli valyutada (Société de Prise de Participation de l'État - SPPE) kredit reytinqi AA2-dən AA3-ə endirilib, ölkə reytinqi ilə bağlı qarşıdakı dövr üzrə proqnoz isə «mənfi»dən «sabit»ə dəyişdirilib.

“Moody's” reytinq agentliyinin bununla bağlı açıqlamasında bildirilir ki,  reytinqin aşağı salınması Fransadakı siyasi parçalanmanın maliyyə sistemini tezliklə bərpa etməyə imkan verməyəcəyi ilə bağlıdır.

Agentlik bildirir ki, reytinqin aşağı salınması barədə qərar qarşıdakı illərdə Fransanın dövlət maliyyə sisteminin ciddi şəkildə zəifləyəcəyini əks etdirir.

Bu da onunla bağlıdır ki, siyasi parçalanma, çox güman ki, fiskal konsolidasiyaya da mane olacaq, bu da “Moody's” reytinq agentliyinin bundan əvvəlki (oktyabr 2024-də) açıqladığı baza ssenarisindən fərqlənən vəziyyətdir.

“Moody's” xatırladır ki, dekabrın 4-də Milli Assambleyanın hökumətə etimadsızlığı nəticəsində hökumət istefa verib. Və hətta qarşıdakı yeni hökumət də gələn il üzrə büdcə kəsirini azaltmaqda çətinlik çəkəcək.

Nəticədə biz proqnoz edirik ki, qarşıdakı 3 il ərzində Fransanın dövlət maliyyə sistemi xeyli zəifləyəcək. Bundan başqa, dövlət büdcəsinin xərclərinin artacağı da gözlənilir ki, bu da dövlətin borcu çıxışını çətinləşdirəcək.

Bununla yanaşı, proqnozun «sabit»ə dəyişdirilməsi Fransanın kredit üstünlüklərini əks etdirir. Agentlik xatırladır ki, ölçülərinə görə, dünyada 7-ci olan Fransa iqtisadiyyatı varlı və şaxələnmiş vəziyyətdədir. Üstəlik, ölkədəki iqtisadi duruma əlverişli demoqrafik vəziyyət də müsbət təsir edir.  Fransanın reytinqləri etibarlı dövlət institutları ilə möhkəmlənir, hərçənd indiyədək görünməmiş siyasi vəziyyət dövlət qurumlarını da sınağa çəkir.

Kredit reytinqi Fransanın yüksək borc öhdəlikləri ilə yadda qalan çoxdankı kredit problemlərini də əks etdirir. Nəhayət, Frasanın kredit reytinqinə Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı vəziyyətdən qaynaqlanan siyasi risklər də təsirini göstərir.

Seçilən
29
fed.az

1Mənbələr