AZ

Elxan Məmmədov FİFA-dakı biabırçılığa cavab verdi

FİFA 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsinin püşkatma mərasiminin yayımında göstərilən xəritədə Krımın Ukrayna ərazisi kimi göstərilməməsi ilə bağlı bu ölkənin şikayətinə cavab verib.

Publika.az xəbər verir ki, quruma üzv assosiasiyalarla qarşılıqlı əlaqənin rəhbəri olan Elxan Məmmədovun Ukrayna Futbol Assosiasiyasına göndərdiyi məktubda xəritənin kənar podratçı tərəfindən təqdim edildiyi və artıq silindiyi bildirilib:

“Biz Ukrayna Futbol Assosiasiyasının ifadə etdiyi narahatlıqlara dərin hörmətlə yanaşır və bu məsələnin həssaslığını başa düşürük.

Sözügedən infoqrafik xəritə üçüncü tərəf xarici xidmət provayderi tərəfindən hazırlanıb. Problemi aşkar edildikdən sonra biz dərhal vəziyyəti həll etmək, o cümlədən şəklin dövriyyədən çıxarılması üçün addımlar atdıq. Bundan əlavə, gələcəkdə belə səhvlərin baş verməməsi üçün daxili təhlillər aparırıq.

Biz bu məsələnin həssaslığını tam bilirik və hadisənin qəsdən olmasına baxmayaraq, bunun səbəb ola biləcəyi hər hansı bir emosional zərərə görə təəssüflənirik və bu vəziyyəti həll etmək üçün qarşılıqlı anlaşmanızı yüksək qiymətləndiririk”.

Seçilən
25
publika.az

1Mənbələr