AZ

Əfqanıstanda 35-dən çox fəhlə mədən uçqunu altında qalıb

Əfqanıstanın şimalında yerləşən Səməngan vilayətinin Dara-Sof rayonunda kömür mədəninin uçması nəticəsində azı 35 nəfər uçqun altında qalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.

Mənbələrin məlumatına görə, uçqun dekabrın 14-də gecə saatlarında baş verib.

Hazırda uçqun altında qalanların taleyi bəlli deyil. Hadisə yerinə tibbi briqadalar və təcili yardım maşınları göndərilib.

Seçilən
1
14
medianews.az

10Mənbələr