AZ

"60-a yaxın yaşım var, hələ belə külək görməmişdim" - Güclü küləyin ciddi fəsadları

Güclü külək Yevlaxda bir sıra fəsadlar törədib. Rayonun kəndlərində ağaclar aşıb, evlərin, tövlələrin dam örtükləri küləyə tab gətirməyib.

Qaynarinfo Baku TV-yə istinadən bildirir ki, təbiət hadisəsi Yevlaxın Varvara kəndində elektrik təsərrüfatına daha çox ziyan vurub.

Sakinlər kənddə son bir neçə ildə belə dəhşətli külək görmədiklərini bildiriblər.

"Külək evin belini aparıb. Mənim 60-a yaxın yaşım var, hələ belə külək görməmişdim", - deyə kənd sakini bildirib.

Yevlax Şəhər İcra Hakimiyyətinin "Facebook" hesabında hadisə ilə bağlı məlumat verilib. Bildirilib ki, rayonun elektrik təsərrüfatına ziyan dəyib, 40-a yaxın yaşayış məntəqəsində əhalinin elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

"Problemlərin operativ şəkildə, qısa müddətdə aradan qaldırılması məqsədilə zəruri tədbirlərin görülməsi davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Daha ətraflı Baku TV-nin materialında:

phrase_var_article.chosen
16
5
qaynarinfo.az

6phrase_var_article.sources