AZ

İsrail hökuməti Colan təpələrinin inkişafı üçün yeni planı təsdiqləyib

Bakı. Trend:

İsrailin baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyihökumət, Colan təpələrinin inkişafı üçün yeni bir planıtəsdiqləyib.

Trend xəbər verirki, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin mətbuatxidməti məlumat yayıb. Qərara əsasən, plan Colan təpələrindəyaşayış məntəqələrinin inkişafını, təhsil və bərpa olunan enerjisahələrini, tələbə kəndinin yaradılmasını və yeni sakinlərinqəbulunu nəzərdə tutur. Həmçinin, Colan Təpələri Regional Şurasınatəşkilati inkişaf proqramı üzrə məsələlərin həllində köməkediləcək.

İsrail hökuməti planın həyata keçirilməsi üçün 40 milyon şekel(təxminən 18,9 milyon manat) vəsait ayıracağını açıqlayıb.Təşəbbüsün əsas məqsədi Colan təpələrinin əhalisini iki dəfəartırmaqdır.

Açıqlamada, Colan yüksəkliklərindəki yaşayış məntəqələrininmöhkəmlənməsinin İsrail Dövlətinin möhkəmlənməsi demək olduğuvurğulanıb.

Qeyd edək ki, Colan yüksəklikləri İsrail və Suriya arasındamübahisə mövzusudur.

phrase_var_article.chosen
37
az.trend.az

1phrase_var_article.sources