Bakı. Trend:
Bir neçə yüz nəfər yenidən Tbilisidə parlament binasıyaxınlığında hökumət əleyhinə mitinq üçün toplaşıb.
Trend xəbər verirki, bu barədə TASS məlumat yayıb. Etirazçılar Rustaveli prospektinibağlayıblar və şəhərin müxtəlif yerlərindən ayrı-ayrı qruplarlaoraya gəlib, Rustaveli prospektində birləşiblər. Onlar əvvəlkigünlərdə olduğu kimi, hökumətin istefasını və yeni parlamentseçkilərinin təyin edilməsini tələb edirlər.
Polis etirazçılara müdaxilə etmir. Daxili İşlər Nazirliyinümayişçiləri dağıtmaq üçün istifadə edilən xüsusi texnikanı hələdə yerləşdirməyib.