AZ

Qəzza zolağında toplanan cəsəd qalaqları ekoloji fəlakətə gətirəcək

İsrailin intensiv hücumlarını davam etdirdiyi Qəzza zolağının şimalında küçə və prospektlərdə toplanan cəsəd qalaqlarının ekoloji fəlakətə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

SİA-nın məlumatına görə, Qəzzaya Tibbi Yardım Təşkilatının rəhbəri Məhəmməd Afəş verdiyi yazılı açıqlamada bildirib: "Küçə və xiyabanlarda yaxınlaşmaq mümkün olmayan çoxlu cəsəd var. Bu vəziyyət böyük bir ekoloji fəlakətə səbəb ola bilər.

Qəzzada həm tibb personal, həm də tibbi ləvazimat qeyri-kafi qalır.

İsrailin xəstəxana və tibb qruplarını hədəf almağa davam edir. Həkimlər Qəzzanın şimalında xidmət göstərə bilmir.

Ağır yaralılar üzərində kritik əməliyyatlar aparacaq cərrahlar qalmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı bölgəyə çox az miqdarda yanacaq və tibbi ləvazimat verib.

Beyt Lahiyə qəsəbəsindəki Kamal Advan xəstəxanasından yalnız 6 yaralı Qəzza şəhərinə köçürülə bilib”.

Qeyd edək ki, İsrail 17 illik mühasirəsinə əlavə olaraq 7 oktyabr 2023-cü ildə başladığı şiddətli hücumlarla Qəzza zolağını "dünyanın ən böyük həbsxanası"na çevirib. Təxminən 2,3 milyon əhalisi olan Qəzzada İsrailin hücumları nəticəsində 2 milyona yaxın adam didərgin düşüb. Ölənlərin sayı 44 min 900-ü ötüb, minlərlə insan dağılmış binaların dağıntıları altında itib, binalar, yaşayış məntəqələri və infrastruktur dağıdılıb, yerli əhali köç etmək məcburiyyətində qalıb.

İsrail ordusunun hücumları ilə yanaşı, Qəzzanın şimalı kimi bir sıra bölgələrinə tətbiq edilən mühasirə və humanitar yardımların ölkəyə girişinin qarşısının alınması fələstinliləri aclıqla üz-üzə qoyub.

phrase_var_article.chosen
23
1
sia.az

2phrase_var_article.sources