AZ

Türkiyə ABŞ-a Suriyada PKK-nı məhv etmək niyyətində olduğunu bildirib

Türkiyə ABŞ-ı Suriyada PKK terror təşkilatını məhv etmək niyyəti barədə məlumatlandırıb və Vaşinqtonun mövqeyinə yenidən baxacağına ümid edir.

Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​deyib.

O vurğulayıb ki, nə Suriya xalqı, nə yeni Suriya rəhbərliyi, nə də Türkiyə PKK-nın Suriyada fəaliyyət göstərməsinə icazə verməyəcək.

\"Bizim prioritetimiz PKK terror təşkilatını məhv etməkdir. Biz bunu amerikalı tərəfdaşlarımıza açıq şəkildə çatdırdıq. Onların mövqelərini yenidən nəzərdən keçirmələrini gözləyirik”.
 
///Report
phrase_var_article.chosen
15
19
azxeber.com

10phrase_var_article.sources