Almaniya ikinci bundesaliqasında 16-cı turun oyunları keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” bu gün səfərdə “Köln”lə qarşılaşıb.
M.Emreli əvvəlki matçlarda olduğu kimi, bu oyunda da start heyətdə yer alıb. Amma o, fasilədən sonra - 46-cl dəqiqədə Florian Fliklə əvəzlənib.
Oyun 3:1 hesabı ilə “Köln”in qələbəsi ilə başa çatlb. Emreli bu oyunda da qol vura bilməyib.
Beləliklə. o, ardıcıl qol vurmadığı oyunların sayını 5-ə çatdırıb.
Əlavə edək ki, bu məğlubiyyətdən sonra “Nürnberq” isə 16 oyundan 19 xalla 13-cü yeri tutur.
M.Emreli bu mövsüm “Nürnberq”in heyətində bütün turnirlərdə 12 oyunda meydan çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini edib.