Gənclər və İdman Nazirliyinin voleybol zalında Azərbaycan Voleybol Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumları arasında voleybol yarışı keçirilib.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, yarışda iştirak edən FHN-in kişilərdən ibarət yığma komandası yüksək nəticə göstərib.
Belə ki, 9 komandanın iştirak etdiyi yarışda FHN-in komandası bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Finalda isə SOCAR komandası ilə üz-üzə gələn FHN-in komandası 2:0 hesablı qələbə ilə yarışın çempionu adını qazanıb.