AZ

Samir Abasov: "Psixoloji durumumuz pisdir"

"Futbolçularıma təşəkkür edirəm. Nəticədən razı qaldım. Bugünkü gündə bizə nəticə lazımdır. Futbolçular mübarizə apardılar. İşimizə davam edəcəyik. Bu nəticəyə ehtiyacımız var idi".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Kəpəz"lə matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 17-ci turunda qazanılan 2:1 hesablı qələbəni şərh edib: "Boqomlski başlamışdı oyuna. Rəqib müdafiəçiləri də nəzərə almışdıq. Seçim düzgün idi. Birinci hissədə rəqibin müdafiəçilərini təzyiqdə saxlaya bilirdi. Zədələndi və əvəzetmə istədi. Bunlar hamısı bizim oyunçulardır. Futbolçularla işləyirik, yaxşı kondisiyaya gətirmək istəyirik. Reallığı bilmək istəsəz... ”Nefçti”də oynayan futbolçular bu təzyiqi də aşmalıdırlar. Əfsuslar olsun ki, psixoloji durumumuz pisdir və hər futbolçu üzərində yük hiss edir. Bunu qələbə ilə üzərimizdən ata bilərik".

Qeyd edək ki, "Neftçi" iki məğlubiyyətdən sonra qələbə qazanıb.

İdman.biz

phrase_var_article.chosen
5
1
idman.biz

9phrase_var_article.sources