"Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvili hökumətin kursunu dəstəkləməsəydi, istefa verməli idi".
Publika.az xəbər verir ki, bu barədə ölkənin yeni seçilmiş prezidenti Mixail Kavelaşvili “İmedi” telekanalına müsahibəsində bildirib .
“Əgər mən ölkəmə, vətənimə, xalqıma hörmət edirəmsə, o zaman konstitusiyanı müdafiə etmək, vətəndaşlarıma nümunə olmaq, istefa vermək, başqa mövqedən siyasi qarşıdurmaya başlamaq üçün prezidentlikdən imtina edirəm”, - Kavelaşvili Zurabişvilidən irad tutub.
Dekabrın 14-də Gürcüstanda yeni prinsip üzrə prezident seçkiləri keçirilib: ilk dəfə dövlət başçısını vətəndaşlar yox, parlament deputatları, Muxtar respublikaların nümayəndələri və yerli Məşvərət orqanları da daxil olmaqla 300 üzvdən ibarət Seçki kollegiyası seçib. "Gürcü Arzusu" partiyasının namizədi Mixail Kavelaşvili qalib gəlib.