Kəramət Böyükçöl: "Cəmiyyətin öyrənmədən yaratdığı qəhrəmanlar Xoşqədəm, Zaur Baxşəliyev və Zaur Kamaldır"
News365.az xəbər verir ki, yazıçı Kəramət Böyükçöl bir verlişdə cəmiyyətin populyar simaları barədə sərt fikirlər səsləndirib. Onun sözlərinə görə, bəzi şəxslərin qəhrəman kimi qəbul edilməsi onların sadə və asan anlaşılan üslubda danışmaları ilə əlaqədardır:
"Öyrənmədən yaşayan insanların yaratdıqları qəhrəmanlar Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev və Zaur Kamal ola bilər. Onlar cəmiyyətin öyrənmədən yaratdığı qəhrəmanlardır. Çünki onları başa düşmək üçün xüsusi qabiliyyət tələb olunmur. Asan həzm olunan sözlər danışırlar və insan beyninə dərin təsir etmirlər."
Kəramət Böyükçölün bu açıqlamaları sosial mediada geniş müzakirəyə səbəb olub.