AZ

QHT sədri: “Milli dəyərlərimizin təbliği üçün ziyalıları bir araya topladıq”

“Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri, şair və tədqiqatçı-alim Cəmilə Çiçək təşkilatın fəaliyyəti barədə QHT.az-a açıqlama verib. O, 26 aprel 2016-cı ildən fəaliyyət göstərən və Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınmış bu ictimai birliyin humanitar məqsədlərlə yaradıldığını bildirib.

““Zəka İşığında” ictimai təsisat olaraq elm və təhsilin inkişafına yardım etmək, klassik və çağdaş mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində çalışır. Təşkilatımız ziyalıların toplaşdığı bir məkandır və mental-humanitar düşüncəni inkişaf etdirmək, elmi və yaradıcı fikirləri dəstəkləmək üçün çoxsaylı layihələr həyata keçirib,” – deyə Cəmilə Çiçək vurğulayıb.

Təşkilat, xüsusilə, Qarabağ həqiqətləri, milli ailə institutu və vətənpərvərlik mövzularında kitablar, toplular və dərgilər nəşr edərək yeni nəsil nümayəndələrinə dəyərli töhfələr verib. Bundan əlavə, müxtəlif tədbirlər və layihələr vasitəsilə milli dəyərlərin təbliğini davam etdirir. Cəmilə Çiçək təşkilatın üzvlərinin əksəriyyətinin alimlər, psixoloqlar, pedaqoqlar, yazıçılar və milli dəyərlər sahəsində çalışan elmi-yaradıcı şəxslər olduğunu qeyd edib.

“Milli dəyərlərimizin qorunub saxlanılması və təbliği üçün birgə addımlar atmağa davam edəcəyik. Gələcəkdə də elmi-kreativ yanaşma ilə yeni layihələrə imza atmağı planlaşdırırıq,” – deyə təşkilat rəhbəri fikrini tamamlayıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
31
qht.az

1Mənbələr