Rus mediası Hollivud ulduzu Conni Depplə rusiyalı sevgilisi Yuliya Vlasovanın münasibətindən yazıb.
Milli.Az xəbər verir ki, bir müddət əvvəl ayrıldıqları deyilən cütlüyün hələ də birlikdə olduğu vurğulanıb.
Bundan əvvəl Hollivud aktyorunun rusiyalı sevgilisi Moskvaya gələrək həyatında yeni mərhələdə olduğunu etiraf etmiş, daha sonra hətta ayrılığa eyham vurmuşdu. Ancaq cütlük artıq Rusiya paytaxtında ortaq bir iş planlaşdırır.
"Mash" teleqram kanalının məlumatına görə, Depp sevgilisinə zərgərlik mağazası açmaq üçün təxminən 500 min dollar verib. Yakut almazlarından hazırlanmış elit zinət əşyaları ilə butiki Yuliya özü idarə edəcək.
Əvvəlcə o, Praqa Universitetində təhsil aldıqdan sonra Çexiyanın paytaxtında açdığı gözəllik biznesini satıb, sonra isə qiymətli daşların qiymətləndirilməsi və ekspertizası üzrə xüsusi kursa Moskva Dövlət Universitetinə daxil olub. Axşam.az
Milli.Az