AZ

Sərnişindaşımada “Fərqlənmə nişanı”nın forması təsdiqləndi - FOTO

Sərnişindaşımada
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Fərqlənmə nişanı”nın, “Xüsusi fərqlənmə nişanı”nın və “Fərqlənmə nişanı”nın alınması üçün ərizə”nin formalarını təsdiq edib. 1news.az-ın məlumatına görə, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.
Beləliklə, avtobus və taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün “Fərqlənmə nişanı”nın forması təsdiqlənib. Bununla yanaşı, vergi ödəyicilərinin mülkiyyətində olan avtobuslar və minik avtomobilləri ilə öz sahibkarlıq fəaliyyətini təmin etmək məqsədilə işçilərin, eləcə də avtomobil nəqliyyatı vasitələri ilə öz sahibkarlıq fəaliyyətini təmin etmək məqsədilə özünə məxsus yüklərin daşınması üçün “Xüsusi fərqlənmə nişanı”nın forması təsdiqlənib. Məlumata görə, Nazirliyin Hüquq şöbəsinə yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etməsi tapşırılıb.

Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Seçilən
39
14
1news.az

10Mənbələr