AZ

Suriyada yeni qərarlar - Məcburi hərbi xidmət, yeni pul vahidi və s.

Suriyada Heyət Təhrir əş-Şamın (H*TŞ) başçılıq etdiyi silahlı müxalif qruplar 12 gün ərzində paytaxt Dəməşqə irəliləyərək 61 illik Baas rejiminə son qoyub. Bəşər Əsəd və ailəsinin Rusiyaya qaçması ilə başa çatan əməliyyatlardan sonra birdən-birə dünya şöhrəti qazanan lider Kolani ölkəni necə idarə edəcəkləri barədə məlumat verib.

News24.az xəbər verir ki, AlarabyTV-yə danışan Kolani, Suriya dövlətini necə idarə edəcəyi ilə bağlı ilk əhatəli açıqlamalarında, "Məcburi hərbi xidmət ləğv ediləcək, s*lahlı qruplar ləğv ediləcək, s*lahlar yalnız dövlətin əlində olacaq" deyib.

"Çox əhəmiyyətli iqtisadi qərarlar veriləcək" deyən Kolani, mövcud pul vahidi sabitləşdikdən sonra yeni pul vahidinin qəbul ediləcəyini də açıqlayıb.

Digər tərəfdən Kolani müsahibədə "Prioritet dağılmış evlərin tikintisi və son mühacirə qədər bütün qaçqınların geri qaytarılması olacaq" deyib.


Günel Məlikzadə


phrase_var_article.chosen
24
news24.az

1phrase_var_article.sources