AZ

Phet platformasındakı riyaziyyat simulyasiyası keçirilir

“PhET4Math: PhET platformasının tətbiqi ilə şagirdlərin riyaziyyat biliklərinin artırılması” layihəsinin ilk təlimi keçirilib.

Şəmkir rayonu Seyfəli kənd M.Süleymanov adına tam orta məktəbdə təhsil alan 28 şagird üçün Phet platformasındakı riyaziyyat simulyasiyası keçirilir. 

TƏHSİL.BİZ xəbər verir ki, layihə 5 ay davam edəcək və şagirdlər üçün ümumilikdə 32 saatlıq proqram tədris ediləcək. Layihə çərçivəsində VIII sinifdən 28 şagird həftədə 2 dəfə 1 saat olmaqla 4 aylıq kurslara qatılacaq və riyaziyyat dərslərini PhET platformasındakı simulyasiyalar vasitəsilə interaktiv şəkildə öyrənəcək. Layihənin sonunda məktəbdəki riyaziyyat müəllimləri ilə görüş təşkil ediləcək, platforma haqqında məlumat veriləcək və könüllü 4 müəllim layihəni öz siniflərində tətbiq edəcək.

Xatırladırıq ki, "PhET4Math: PhET platformasının tətbiqi ilə şagirdlərin riyaziyyat biliklərinin artırılması" adlı layihə Seyfəli kənd M.Süleymanov adına tam orta məktəbin müəllimi  Rəna Heydərzadə tərəfindən həmin məktəbdə icra edilir. Layihənin əsas məqsədi PhET platformasındakı interaktiv simulyasiya oyunları vasitəsilə VIII sinif şagirdlərinin riyaziyyat biliklərini dərinləşdirmək və onlarda fənnə qarşı maraq yaratmaqdır. Eyni zamanda bu təcrübənin digər riyaziyyat müəllimləri arasında yayılması ilə məktəbdə müasir öyrənmə metodlarının tətbiqinə hədəflənir.

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/16%20December%202024/8d0ea408-d17c-4747-b81c-87fe77279353_6ybVJ0ti7LiRO8f3ROO8YOluCVJKatsQawAfaLwq.jpg

 

phrase_var_article.chosen
16
tehsil.biz

1phrase_var_article.sources