AZ

Qanunsuz saxlanılan silah-sursat aşkar olunub

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuzsaxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsiistiqamətində əməliyyat və profilaktik tədbirlər davametdirilir.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, dekabrın 14-də və 15-də polis əməkdaşları paytaxtvə respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tüfəng,3 patron darağı və 100 ədəd müxtəlif çaplı patron aşkar edərəkgötürüblər.

Məqalədə:
Seçilən
9
4
az.trend.az

10Mənbələr