AZ

Əsəd Rusiyaya 250 milyon dollar göndəribmiş

Əsəd rejimi Rusiya banklarına milyonlarla nağd pul köçürüb.

Milli.Az xəbər verir ki, "Financial Times"da dərc olunan məlumata görə 2018-2019-cu illərdə keçmiş Suriya prezidenti Bəşər Əsədin mərkəzi bankı təxminən 250 milyon ABŞ dolları dəyərində nağd pulu Moskvanın Vnukovo hava limanına daşıyıb. Bu pullar sanksiyaya məruz qalmış Rusiya banklarına yerləşdirilib.

Müxalifət nümayəndələri və Qərb hökumətləri Əsəd rejimini Suriyanın sərvətlərini mənimsəməkdə və müharibəni maliyyələşdirmək üçün qanunsuz fəaliyyətlərə əl atmaqda ittiham edir.

ABŞ-nin Yaxın Şərq məsələləri üzrə keçmiş dövlət katibi köməkçisi David Şenker bu köçürmələri təəccüblü hesab etməyərək rejimin xarici aktivlərini təhlükəsiz yerlərdə saxlamaq və şəxsi zənginliklərini qorumaq məqsədi güddüyünü bildirib.

Ekspertlərin fikrincə Əsəd rejiminin bu cür pul köçürmələri həm hərbi dəstəyə görə Rusiyaya ödənişlərin, həm də rejim üzvlərinin şəxsi maraqlarını qorumaq istəyinin göstəricisidir.

Qeyd edək ki, Suriya ilə Rusiya arasındakı münasibətlər, xüsusilə 2015-ci ildə Rusiyanın hərbi müdaxiləsi zamanı daha da dərinləşib. Əsədin ordusu Rusiya hərbi müşavirlərinin dəstəyi ilə müharibədə üstünlük qazanıb.

İslam
Milli.Az

phrase_var_article.chosen
18
1
milli.az

2phrase_var_article.sources