AZ

Qırğızıstanın Baş naziri istefa verib

Bakı, 16 dekabr, AZƏRTAC

Qırğızıstan Nazirlər Kabinetinin sədri və Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov istefa verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstanın “KABAR” agentliyi məlumat yayıb. Bildirilib ki, bununla bağlı Fərman Prezident Sadır Japarov tərəfindən imzalanıb.

Qeyd edək ki, Akılbek Japarov 2021-ci il oktyabrın 13-dən Nazirlər Kabinetinin sədri vəzifəsini icra edirdi.

Seçilən
32
4
azertag.az

6Mənbələr