AZ

Türkiyə Suriyanın hərbi həbsxanasında əməliyyat keçirəcək

Türkiyə Fəlakətlə Mübarizə İdarəsi (AFAD) Seydnaya hərbi həbsxanasında axtarış əməliyyatı aparmaq üçün Suriyaya qrup göndərəcək.

İlkin məlumatlara görə, onun ərazisində insanların ola bilməsi ehtimal edilir. Xilasedicilərin bu gün gəlməsi gözlənilir.

Editor.az bildirir ki, bu barədə Türkiyənin “Tele1Tv” telekanalı məlumat yayıb. Qrupun 80 nəfərdən ibarət olduğu dəqiqləşdirilir. Telekanal qeyd edib ki, mütəxəssislər ən son xilasetmə cihazlarından istifadə etməklə axtarış əməliyyatı aparacaqlar.

Qeyd edək ki, dekabrın 8-də Suriyada hökumət əleyhinə olan qoşunlar hakimiyyətə gəlib. Keçmiş prezident Bəşər Əsəd istefa verərək Rusiyaya gedib və oradan siyasi sığınacaq alıb. Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək ölkənin dağılmasının qarşısını alacaq müvəqqəti hökumətin başçısı olub. O, keçid dövrünün təxminən bir il yarım davam edəcəyini bildirib. Suriyada hakimiyyət dəyişikliyi fonunda Türkiyə səfirliyi 12 ildən sonra orada fəaliyyətini bərpa edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
27
2
editor.az

5Mənbələr