Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Viral.az “Report”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid Zaur Məlikaslanov ifadə verib.
O deyib ki, Bakı Şəhər Halqası Əməliyyat şirkətində Təchizat şöbəsinin direktoru olub:
Son Yazılar:
- Azərbaycanda Formula 1-ə ayrılan pullar mənimsənilib
- Şəkidə bir ailənin üç üzvü dəm qazından ZƏHƏRLƏNDİ
- Bakıda iki qadın dəm qazından ÖLDÜ
“Şirkətlər haqqında sənədləri Çingiz müəllimdən alırdım. Bütün alınan mallar hər departament üzrə bölünürdü. Xarici şirkətlərlə müqavilə bağlanırdı. Onlardan Formula 1 üçün lazım olan geyimlər və digər vasitələr idxal edilirdi. Çingiz Mehdiyevin təklif etdiyi şirkətlərə ona görə etibar edirdik ki, həmin şirkətlər Formula 1-in standartlarına uyğun idi. “Dayton İnvestment LTD” şirkəti ilə müqavilə bağlananda iştirak etməmişdim. Danışıqları Çingiz müəllimin özü aparırdı. Sifarişləri isə mən verirdim. Alınan mallar spesfik mallar idi. Mal alınandan, təhvil -təslim olandan sonra ödəniş olunurdu”.
Şahidin sözlərinə görə, Çingiz Mehdiyevin hər hansı malların alınması üçün əmr vermək səlahiyyəti olmayıb. O, bildirib ki, maliyyə ilə bağlı sənədləri təchizat, maliyyə və departament direktoru imzalayıb.
“Çingiz müəllimin sifariş etdiyi mallarla gələn mallar arasında fərq yox idi. Təhvil-təslim aktlarına görə malları alırdıq. Qiymətlərlə bağlı hər hansı bir kriteriya yox idi. Bu razılaşma əsasında həyata keçirilirdi. Qiyməti birinci il Çingiz müəllim, sonra isə biz müəyyən edirdik. Bununla bağlı bütün səlahiyyətlər Çingiz Mehdiyevə verilmişdi. Bu onun təcrübəsindən irəli gəlirdi”, – şahid ifadəsində qeyd edib.
Məhkəmənin növbəti iclası yanvarın 13-nə təyin olunub.
Qeyd edək ki, Çingiz Mehdiyev Formula-1 oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.
Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.