AZ

Türkiyənin turizm şirkətlərinin nümayəndələri Azərbaycanın mədəni irsi ilə tanış olublar

Azərbaycan Turizm Bürosu Türkiyənin 6 aparıcı turizm şirkətinin nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, iştirakçılara Azərbaycanın mədəni irsi, təbiəti və turizm imkanları təqdim edilib, həmçinin Naxçıvan Muxtar Respublikasının turizm potensialı nümayiş olunub.

Planlaşdırılmış marşrut çərçivəsində Kəngərli dağlarından Əlincə qalasınadək bir çox turizm potensialı olan məkanlar ziyarət edilib.

Həmçinin səfər çərçivəsində qonaqlar 20-yə yaxın yerli turizm şirkəti ilə B2B formatında görüşlər keçirərək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Bu ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana səfər edənlərin sayı 389 min 173 nəfərə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artım deməkdir.

Seçilən
38
13
xalqqazeti.az

10Mənbələr